Loader

gloTM Free and Fast Delivery Artıq Bütün Ölkə Ərazisində Pulsuz Çatdırılma

Yeni Siqaret Alternativi, Köhnə Vərdişlər?

Siqaret çəkməkdən tam olaraq imtina etmək istəməyən nikotin istehlakçıları üçün daha yaxşı bir alternativ*: glo™ Tütün qızdırıcı cihaz


Siqaret çəkməkdən tam olaraq imtina etmək istəmirsiniz? Lakin daha yaxşı bir nikotin seçimi istəyirsiniz? Siqareti dayandırmaq niyyətində olmayan, amma digər nikotin seçimlərini sınamaq istəyən siqaret istifadəçiləri üçün siqareti əvəz edən glo™ tütün qızdırıcı cihaz kimi bir alternativ var. Yəqin ki, bu siqaret alternativi ilə bağlı çoxsaylı suallarla qarşılaşacaqsınız. Ancaq narahat olmayın: bəzi qeyri müəyyənlik hər yeni başlanğıcda olduğu kimi glo™ tütün qızdırıcısına keçidin də bir hissəsidir - və suallarınıza cavabı bu məqalədə tapa bilərsiniz.

Hazırda, adi tüstülənən siqaretlərin bir çox alternativi mövcuddur. Siqaret çəkməyi dayandırmaq niyyətində olmayan amma siqaretə daha az zərərli alternativ axtarışında olan yetkinlik yaşına çatmış tütün istifadəçiləri üçün bir seçim qızdırılan tütün məhsullarına keçməkdir.

glo™ tütün qızdırıcı cihazlar ilə bərabər istifadə olunan tütün məhsulları tam olaraq əsl tütündən ibarətdir. Ancaq glo™ siqaretdən fərqli olaraq, tütünü yandırmaq əvəzinə qızdırır və tüstü yerinə aerozol yaradır və beləliklə istehlakçı tüstü ilə nəfəs almır.

Mühüm fərq, adi siqaret tütün qızdırıcı məhsullarla tamamilə əvəz olunan zaman, siqaret çəkməklə müqayisədə azalmış risk potensialını təqdim etməsidir.

Həm də, tüstü yaranıb ətrafa yayılmır, bununla belə məhsul ətrafdakı havaya və təbiətə çox az təsir göstərir. Eyni zamanda, sübutlar, qızdırılmış tütün məhsullarından istifadənin, siqaret çəkməklə müqayisədə dişlərin ləkələnməsində və diş minasının qaralma miqdarının azalmasına səbəb ola biləcəyini göstərir.

Beləliklə, siqareti tamamilə dayandırmaqda çətinlik çəkənlər, bunun əvəzinə 90-95% daha az zərərli maddələrlə 100% tütün təəssüratını yaşamaq üçün glo™ tütün qızdırıcı cihazına keçə bilər.

Siqareti tərgitmək niyyətində olmayan siqaret istifadəçiləri üçün tamamilə tütün qızdıran məhsullarına keçmək siqaretə daha xoş, daha yaxşı bir alternativ ola bilər. 


Siqaretə ən yaxşı alternativ “siqareti atmaq”

Tütün qızdırıcı məhsulları və glo™ tütün qızdırıcısı cihaz siqareti atmaq üçün satılmır. Siqaretin sağlamlığınıza təsirlərindən narahat olursunuzsa, ən yaxşı seçim siqareti tamamilə tərgitməkdir. Çoxsaylı ictimai səhiyyə mütəxəssisləri və rəhbərləri, siqareti dayandırmaq və ya siqaret istehlakınızı azaltmaq istəyənlərə, ilk addım olaraq buna dair şüurlu bir qərar vermək olduğunu dəfələrlə vurğulayıblar. Siqareti tamamilə atmağa gəlincə isə, iradə gücü əsas amildir. Siqaret çəkmirsinizsə başlamayın. Tütün qızdırıcı məhsullara keçmək, tütün məhsullarından tamamilə imtina etmənin alternativi deyil. Bununla belə, siqareti buraxmaq istəmədiklərinə qərar verən yetkinlik yaşına çatmış siqaret çəkənlər üçün tamamilə tütün qızdırıcı məhsullara və tütün qızdırıcı cihaza keçmək siqaretə xoş, daha yaxşı bir alternativ ola bilər.


Tütün qızdırıcı cihazlarına keçmək siqaret istifadəsini dayandırmağa kömək edəcəkmi?

glo™ bir siqaret istifadəsini dayanadırmaq üçün bir cihaz deyil və ya siqaret çəkənlərin siqareti atmasına kömək etmək üçün istifadə edilmir. 


Siqaretdən tam olaraq imtina etmirsinizsə, glo™ tütün qızdırıcı cihazına keçərək nə gözləmək olar?

glo™ kimi hər tütün qızdırıcılar kimi tüstüsüzdür, nikotin ehtiva edən bir aerozol ixrac edir və siqaret alternativi kimi istifadə edilə bilər. Tütünü adi siqaretlərdə olduğu kimi yandırmaq əvəzinə qızdıraraq, yüksək temperaturda yanma ilə əlaqəli zərərli maddələrin əmələ gəlməsini əhəmiyyətli dərəcədə azalır. Şirkətimizin məhsulu olan tütün qızdırıcı cihazı glo™, neo™ adlanan tütün çubuqlarını qızdırmaq üçün şarjla istifadə edilən bir cihazdır. Cihaz tütünü təxminən 270 dərəcəyə qədər qızdırır. Beləliklə, glo™ kimi tütün qızdırıcılarda yanma yoxdur. Tütün yandırmaq əvəzinə qızdırmaq adi siqaretlə müqayisədə təxminən 90-95% az toksik maddə ilə nəticələnir

Tütün qızdırıcılarına keçid demək olar ki, bilinməyən xüsusiyyətləri olan yeni bir texnoloji məhsul almaq kimi hiss olunur. Ancaq siqaret alternativinizi tez bir zamanda istifadə etməyə alışacaqsınız. Birincisi, glo™ tütün qızdırıcı cihazını istifadə etməzdən əvvəl onun tam şarjlanması vacibdir. Şarjsız cihaz ilə qarşılaşmayacağınıza əmin olmaq üçün şarj kabelinizi də özünüzlə götürə bilərsiniz. Həmişə neo™ tütün çubuqlarını da özünüzlə götürməyi unutmayın.

 

Yeni siqaret alternativi, köhnə vərdişlər?

Adi siqareti tütün qızdırıcı cihaz və məhsullarla alternativ olaraq əvəz etmək, gündəlik həyatda tanış vərdişlərin glo™ ilə eyni qalması deməkdir. Məsələn, iş yoldaşlarınız nahar fasiləsində siqaret çəkirlərsə, onlara tüstüsüz alternativiniz olan glo™ ilə qoşula bilərsiniz. Bir tütün qızdırıcı cihaza keçərək, bu cəmiyyət hissindən və ya şəxsi vərdişlərdən imtina etməyinizə ehtiyac yoxdur:


*Faktiki halların əhəmiyyətinə əsaslanaraq və siqaret çəkmədən imtina edərək tam keçid nəzərdə tutulur. Bu tütün məhsulu sağlamlığınıza zərər verə bilər və aslılıq yaradır.


**Bu rəqəm standart 3R4F formatlı siqaretdə (təxminən 9 mq qətran) yanan tütündən çıxan tüstünün glo™ qurğusunda qızdırılan tütündən çıxan aerozolla müqayisəsindən alınmışdır. Müqayisə, Ümumdünya Səhiyyə Təşkilatının siqaret tüstüsündə azaldılmasını təklif etdiyi 9 növ zərərli maddə üzrə aparılmışdır. Adi siqaret ilə müqayisədə. Bu xüsusiyyət, bu məhsulun digər tütün məhsullarından mütləq şəkildə daha az zərərli olduğu mənasını daşımır. Yalnız yetkilnlik yaşına çatmış tütün və nikotin istehlakçıları üçün nəzərdə tutulub.