Yeni tütün qızdırıcısı glo™, neo™ tütün çubuqları ilə inanılmaz təəssüratlar bəxş etmək üçün yaranıb. Ancaq bir tütün qızdırıcısını istifadə etməyə başlamazdan əvvəl tipik başlanğıc səhvlərini bilməlisiniz.
- glo™ tütün qızdırıcı cihazını digər tütün çubuqları ilə istifadəsi
- İstilik səviyyələrinin qarışdırılması
- Tütünü qızdırarkən glo™ tütün qızdırıcı cihazı durdurmağa çalışmaq
- Elektron siqaretinin iş prinsipini tütün qızdırıcı cihazına xas olanlarla səhv salmaq
- glo™ qızdırıcı cihazı səhv və ya nadir hallarda təmizləmək
- Şarjın olmaması
- Ardıcıl çox seans başlatmaq
Səhv 1: glo™ qızdırıcı cihazı digər tütün çubuqları ilə istifadəsi
Birinci başlanğıc səhvi tütün çubuqları ilə bağlıdır: glo™ tütün qızdırıcı cihaz ancaq neo™ tütün çubuqlarından istifadə olunmalıdır. Eyni formatdan olsalar belə, tüstülənən adi siqaretləri işlətmək olmaz. Ayrı ölkədən neo™ tütün çubuqlarını əldə etsəniz, mütləq glo™ tütün qızdırıcı cihazına uyğun olmalıdır.
Səhv 2: İstilik səviyyələrinin qarışdırılması
Yeni glo™ tütün qızdırıcı cihaz 2 istilik səviyyəsinə sahibdir: Standart və BOOST rejimi. Fərqlərin nə olduğunu bilmək istəyirsizmi? Standard rejim glo™ düyməsinə 3 saniyə basdıqda aktivləşir. Digər tərəfdən, 5 saniyə ərzində düyməyə basıb ikinci titrəyişi hiss etdikdən sonra BOOST rejimi aktivləşir. Bu rejimdə sessiyanın daha qısa olmasına baxmayaraq, glo™ daha tez, və daha dolğun sessiya təqdim edir.
Səhv 3: Tütünü qızdırarkən glo™ tütün qızdırıcı cihazı durdurmağa çalışmaq
glo™ tütün qızdırıcı cihazı əlavə tətbiq olunma səhvlərinin qarşısını almaq üçün, bilməlisiniz ki sessiyanı durdurmaq olmaz, onu ancaq ləğv etmək mümkündür. Sessiya çərçivəsində glo™ düyməsini 3 saniyə ərzində bassanız cihaz sönəcək. Tütünü qızdırmaya davam etməkdən öncə, işlənmiş neo™ tütün çubuğu yenisi ilə əvəz olunmalıdır.
Səhv 4: Elektron siqaretinin iş prinsipini tütün qızdırıcı cihazına xas olanlarla səhv salmaq
Bir çox yeni istifadəçilər “tütün qızdırıcı cihazı” və “e-siqareti” sinonim kimi istifadə edirlər. Başlanğıc səhvlərinin qarşısını almaq üçün, elektron siqaretlərin və tütün qızdırıcı cihazın arasındakı fərqi anlamaq lazımdır. Veb səhifəmizin Bloq bölməsindəki bu fərqləri müəyyən edən məqaləmiz ilə tanış ola bilərsiniz.
Tütünü qızdıran elektron cihazlar suya davamlı deyil – və glo™ tütün qızdırıcı cihaz istisna deyil. Buna görə cihazın altındakı təmizləmə hissəsini nəmlikdən quru bir parça ilə mütəmadi olaraq təmizləmək vacibdir. İdeal olaraq bunu hər 5-ci seansdan sonra edəsiniz. Qızdırılma panelini isə 20 seansdan sonra təmizlənməsi lazımdır. Bunun üçün təmizləmə fırçasından istifadə olunmalıdır. Başlanğıcda çox həssas olmalısınız: İstilik panelinə zərər verməmək üçün yalnız yüngül təzyiq etməlisiniz.
Seansdan dərhal sonra glo™-nu təmizləmək olmaz. Tütünü qızdırdıqdan sonra glo™ tamamilə soyumalıdır. Təxminən 5 dəqiqədən -sonra tütün qızdırıcısını təmizləyə bilərsiniz. Qalıqları vuraraq və ya silkələyərək təmizləsəniz, glo™ tütün qızdırıcınız zədələnə bilər.
Səhv 6: Şarj vəziyyətini yoxlamamaq
glo™ -ya keçmək çox vaxt adi siqaretə alternativdir. Bunun alternativ olması üçün texniki tələblər yerinə yetirilməlidir. Bu o deməkdir ki, qızdırıcı cihazınız həmişə kifayət qədər şarj olunmalıdır. glo™ normal olaraq 3.5 saatdan sonra tam şarj olunur. glo™ düyməsinə qısa bir toxunuş şarj səviyyəsini göstərir. LED displeyindəki bütün işıq göstəriciləri sönəndə glo™ tütün qızdırıcınız tam şarj olunur. Bu səhvinin başınıza gəlməməsinə əmin olmaq istəyirsiniz? Bunun üçün çantanızda portativ bir batareya və müvafiq glo™ şarj aksesuarları üçün yer yaradın. Beləliklə, tütün qızdırıcınızı hər an yolda istifadə edə bilərsiniz.
Səhv 7: Ardıcıl çox seansa başlamaq
Başqa bir başlanğıc səhvi ardıcıl çox seansa başlamaq ola bilər. glo™ cihazına fasilə verməsəniz, istilik yaranar və tütün qızdırıcınız hətta lazımından artıq isinə bilər. Bunun əvəzinə ardıcıl olaraq maksimum 3 dəfə glo ™ istifadə etmənizi məsləhət görürük. İdeal olaraq, hər seansdan sonra təxminən 5 dəqiqə fasilə verməlisiniz, bu zaman cihazınız tamamilə soyuyacaqdır.
Heç bir başlanğıc xətası olmadan istifadə?
glo™ dan ilk dəfə istifadə etmək arzusundasınızsa və bəzi məsələlərdə əmin deyilsinizsə, narahat olmayın, çünki yeni bir tütün qızdırıcısı özü ilə bir çox sual yaradır. Əvvəlcədən düzgün biliklə, başlanğıc səhvlərini aradan qaldırmaq olar. Bir və ya digər başlanğıc səhvləri davam edərsə, sizə kömək etməkdən məmnun olacağıq. Onsuz da məqalələrimizdə bir çox cavab tapa bilərsiniz. Ya da glo ™ Çağrı Mərkəzimiz ilə əlaqə saxlaya bilərsiniz. Orada probleminizdə sizə kömək edə bilərik.
*0880 nömrəsi ilə bizə pulsuz zəng edib maraqlandıran bütün sualların cavabını ala bilərsiniz.