Loader

gloTM Free and Fast Delivery Artıq Bütün Ölkə Ərazisində Pulsuz Çatdırılma

Siqaretə alternativlər: 2021 -ci ildə alternativlər nələrdir?

Son zamanlar daha çox insan həyatın keyfiyyətini bütün sahələrində yüksəltmək üçün çalışır, buna görə də bir çox insanın siqareti necə tərk etməyi düşünməyə başlaması təəccüblü deyil.

Amma nikotin asılılığından qurtulmaq o qədər də asan deyil, çünki tərgitməyin ardınca fiziki və emosional stress də yaşana bilər. Buna görə də, həyat tərzini dəyişdirmək istəyən yetkin tütün istehlakçıları çox bir halda alternativ nikotin məhsullarını seçirlər, hansı ki, vərdişdən azad olunmaq üçün ilk addımlardan biri ola bilər.

Son bir neçə il ərazində adi siqaretlərə olan alternativ seçimlər gündən günə artır. Ən məşhur olan nikotin istehlakı alternativləri ilə burada tanış ola bilərsiniz.


NİKOTİN TƏRKİBLİ MƏHSULLAR

Bunlar tərkibində siqaretdən daha az nikotina malik olur və bədənə təsirini azaldır. Bunun sayəsində siqaret çəkmək istəyi azalır (lakin tamamilə tərgidilmir) və adi nikotin miqdarı azaldıqda tez-tez baş verən simptomlar - boşluq hissi, narahatlıq və digər xoşagəlməz hisslər də azalmış hesab olunur. Aşağıda siqaretə alternativlərini sadaladıq;

·      Tütün qızdırıcı cihazlar

·      Nikotin tərkibli saqqız

·      Nikotin yamağı

·      Nikotin spreyi

·      Qəlyan


gloTM KİMİ TÜTÜN QIZDIRICI CİHAZLAR 

Elektron buxarlandırıcılardan fərqli olaraq, bu cihazlarda maye əvəzinə təbii tütündən hazırlanan çubuqlar qızdırılır. Yandırmadan qızdırdığı üçün istehsal olunan aerozol klassik siqaretlərin tüstüsündə olanlardan daha az zəhərli maddələri ehtiva edir. 2019-2020-ci illərdə aparılmış və “Nicotine & Tobacco Research” elmi jurnalında nəşr olunan böyük bir araşdırmaya görə, tütün isitmə sistemlərindən istifadə edərkən ehtiva olunan zərərli maddələrin miqdarı adi siqaret istehlakından 90-95% azdır **.

Belə ki, tütün qızdırıcı cihazlar asılılıq yaratsa da, daha az toksik maddələr ilə nikotin istehlakı təcrübəsi yaradır. Ancaq, Tütün Qızdırıcı Məhsullarını siqareti atmaq üçün bir vasitə kimi hesab etməməlisiniz.

Qeyd etmək lazımdır ki, Yaponiyada tibb mütəxəssisləri elektron nikotin alternativlərinin istifadəsi nəticəsində ölkələrində adi siqaret çəkmənin 30% azalmasına səbəb olduğunu qeyd ediblər. Doktor Kumamaru Hiroyun sözlərinə görə, nikotin əvəzedici terapiyanın köməyi ilə belə nəticələr əldə edilməmişdir.

Nəticə olaraq, alternativ siqaret çəkmə cihazlarına keçid qərarı həmişə istehlakçıların şəxsi seçimindən asılıdır. Unutmayın ki, siqaret çəkməyin sağlamlığınıza təsirindən narahatsınızsa, ən yaxşı seçim siqareti ümumiyyətlə tərk etməkdir. Əgər siqaret çəkmirsinizsə, başlamayın.


Nikotin tərkibli saqqız

Saqqızı istifadə edərkən ondan nikotin bədənə ağciyərlər vasitəsilə deyil, damarlar vasitəsilə qana hoparaq daxil olur. Beləliklə, nikotinin istehlak sürəti bir neçə saniyədən, 10-20 dəqiqəyə qədər artır. Belə bir saqqızı ağız nahiyəsində saxlayaraq qısa fasilələr ilə çeynəməlisiniz ki, nikotinin hopdurulması tam olsun. Nikotin pastilləri saqqız çeynəməyə bənzər təsir göstərir. 


Nikotin yamağı

Nikotin tərkibli saqqıza əlavə olaraq istifadə edilməsi məsləhət görülür. Yamağı dərinizə yapışdıraraq bədənə davamlı olaraq təmiz nikotin ilə təmin edirsiniz. Gün ərzində tez -tez siqaret çəkməyə alışmısınızsa yamaq bütün günə yapışdırılır və ya siqaret çəkmək istəyi orta səviyyədədirsə gündə qısa müddət ərzində bir dəfə istifadə oluna bilər.


Nikotin spreyi

Nikotini bədənə ən sürətli çatdıran və təsir göstərən üsuldur. Sprey burun boşluğuna püskürtülür. Çox vaxt saqqız və yamaqla birlikdə istifadə olunur.

Yuxarıda göstərilən vasitələrin istifadəsinə nikotin əvəzedici terapiya deyilir və mütləq bədəninizin xüsusiyyətlərinə uyğun olaraq düzgün doza və istifadə müddətini seçəcək bir həkim mütəxəssisinin nəzarəti altında həyata keçirilməlidir. Bu cür terapiya ümumiyyətlə altı aya qədər davam edir və yalnız bütün tövsiyələrə ciddi riayət olunduqda təsirli olur.


Qəlyan

Bu cihaz fərqi ətirli tütün seçimi ilə, kömürlə bir qabda qızdırıldıqdan sonra, yaranan tüstü su və ya başqa bir maye ilə borudan istifadəçilər tərəfindən çəkilir.

Bir çox insan səhvən qəlyan çəkməyin adi siqaretdən daha az zərərli olduğuna inanır, üstəlik qəlyanı adi siqareti tərgitmək üçün bir vasitə hesab edirlər. Halbuki, ÜST bəzi toksik və kanserogen maddələrinin adi siqaretlərdə olduğu kimi qəlyan tüstüsündə də eyni və ya daha çox miqdarda olduğunu və qəlyan istifadəsinin sağlamlığa mənfi təsirlərinin siqaretin mənfi təsirindən az olmadığını iddia edir. Buna görə də qəlyan çəkməyi daha təhlükəsiz alternativ seçimi adlandırıla bilməz.

 

ELEKTRONİK NIKOTİN MƏHSULLARI (ENM adlandırılacaq) 

ENM ilə adi siqaret arasındakı əsas fərq ondadır ki, bu cür cihazların işləməsi nikotin və ya təbii tütün ehtiva edən bir mayenin yandırılmasına deyil, qızdırılmasına əsaslanır*.

Elektron buxarlandırıcılar və ya veyplər, tərkibində tütün yerinə nikotini ehtiva edən ətirli bir maye istifadə edən cihazlardır. Metal element mayeni qızdırıb buxara çevirir, və hətta çox zaman, güclü qoxu malik ola bilir. Bəzi hallarda bu müsbət keyfiyyət sayılır, amma digərləri üçün isə deyil, və bu xüsusiyyətin bəyənib-bəyənilməməsi istifadəçilərinin şəxsi seçimindən asılıdır. Təəssüf ki, elektron buxarlandırıcıların bədənə təsiri ilə bağlı elmi araşdırmaların birmənalı nəticə çıxarmağı üçün kifayət deyil.

* Bu xüsusiyyət, bu məhsulun digər tütün məhsullarından mütləq şəkildə daha az zərərli olduğu mənasını daşımır.

**Bu rəqəm standart 3R4F formatlı siqaretdə (təxminən 9 mq qətran) yanan tütündən çıxan tüstünün glo™ qurğusunda qızdırılan tütündən çıxan aerozolla müqayisəsindən alınmışdır. Müqayisə, Ümumdünya Səhiyyə Təşkilatının siqaret tüstüsündə azaldılmasını təklif etdiyi 9 növ zərərli maddə üzrə aparılmışdır.