Loader

gloTM Free and Fast Delivery Artıq Bütün Ölkə Ərazisində Pulsuz Çatdırılma

gloTM Tütün Qızdırıcı Cihazının Təmizlənməsi Üçün 5 Addım

glo™ tütün qızdırıcı cihazın həmişə ən mükəmməl formasında fəaliyyət göstərməsi üçün onu mütəmadi olaraq təmizləmək vacibdir. Bəs glo™-nu necə təmizləmək lazımdır? 

Başlamadan öncə:

glo™ tütün qızdırıcı cihazının təmizlənməsinə başlamadan öncə, cihazın tam soyudulmuş vəziyyətdə olması mütləqdir. Belə ki təmizliyə başlamamış cihazın soyuması üçün ən azı 5 dəqiqə vaxt ayırmaq lazımdır və cihaz soyuduqdan sonra təmizlik prosesinə başlamaq olar.

glo™ cihazının təmizlənməsi təbii olaraq tütün qızdırıcını nə qədər istifadə etdiyinizdən asılıdır. Ümumi olaraq Biz, beş dəfə işlədib, bir dəfə təmizlənməsini tövsiyə edirik. 20 sessiyadan sonra, bütün qızdırılma paneli ancaq məhsulun qutusunda təqdim olunan təmizlik fırçasından istifadə edərək təmizləməsi məsləhət görülür.

Addım # 1: Çaxmağı və təmizləyici qapağı açın:

glo™ tütün qızdırıcı cihazı təmizləmək üçün, yuxarıda yerləşən çaxmağı və cihazın alt hissəsində yerləşən təmizləyici qapağın hər ikisini açın.

Addım # 2: Təmizləyici qapağının nəmliyini aradan qaldır:

Beş sessiyadan sonra, cihazın alt hissəsində yaranan nəmliyi təmiz əski ilə aradan qaldırılması məsləhət görülür. Təmizləyici qapağı açdıqdan sonra təmizlik prosesini rahatlıqla edə bilərsiniz.

Addım # 3: Qızdırılma panelini təmizləmə fırçası ilə təmizləyin:

Qızdırılma paneli hər iki tərəfdən təmizlənməlidir: açılan təmizləyici hissədən və açılan çaxmaqdan. Xahiş olunur ki, ancaq məhsulun qutusunda təqdim olunan təmizlik fırçasından istifadə edin. Cihazı tamamilə təmizləmək üçün, fırçanı hər iki tərəfdən daxil edib çevirin. Təmizlədikdən sonra, çaxmağı və təmizləyici qapağı bağlayın.

Addım # 4: Təmizləyici fırçanı su ilə yuyaraq, qurudun

Təmizləyici fırçanı rahatlıqla axar suyun altında yumaq lazımdır. Hər yeni təmizlikdən öncə fırça tamamilə quru olmalıdır. Dördüncü addımdan sonra, glo™ tütün qızdırıcı cihaz yenidən fəaliyyət göstərməyə hazırdır.

Adım # 5: Örtüyü təmizləyin

Əlbəttə ki, siz örtüyün özündə təmizləyə bilərsiniz. Tütün qızdırıcı cihazınızı cızıqlardan qorumaq üçün, cihazdan istifadə etmədiyiniz zaman onu örtükdə saxlaya bilərsiniz. Bu həmdə istilik panelində və ya USB çıxışında toz yığılmasına qarşı kömək edir.

glo™ qızdırıcı cihazın təmizliyi haqqında vacib məlumat 

  • Qalıqları vuraraq və ya silkələyərək təmizləmək glo™ tütün qızdırıcı cihazınıza zərər verə bilər.
  • Qızdırılma paneli ancaq məhsulun qutusunda təqdim olunan təmizlik fırçası ilə təmizlənməlidir.
  • Zəhmət olmasa neo™ tütün çubuqlarını zibilliyə atın və onları küçəyə atmayın.