Loader

gloTM Free and Fast Delivery Artıq Bütün Ölkə Ərazisində Pulsuz Çatdırılma

gloTM-nun BOOST Rejimi

gloTM-da BOOST rejimi haqqında eşitmisiniz ... Bəs bu BOOST rejimi nədir? Necə istifadə etmək lazımdır? Dadı dəyişdirirmi? Bunlarla maraqlanırsınız? Bu məqalədə BOOST rejimi haqqında bütün məlumatlar ilə daha yaxından tanış ola bilərsiz.

gloTM BOOST Rejimi: Niyə?

Gündəlik həyat ritmi daha sürətli olmalı olduğumuzu xatırladır. İstifadə etdiyiniz cihazlar ən son texnologiya ilə təchiz olunubsa, ondan sürət gözləyirsiniz, elə deyilmi? Vaxt itirmək istəmədiyiniz zaman, gloTM cihazınızın BOOST rejimini seçə bilərsiniz.

gloTM Boost rejimi Standart rejimdən nə ilə fərqlənir?

gloTM, ən son texnologiya ilə təchiz edilmiş gloTM HYPER+ və gloTM Pro cihazlarını dünyada istehlakçılara təqdim etdi. Yeni gloTM cihazları qabaqcıl qızdırma texnologiyası ilə təchiz olunub və içindəki maqnit sahəsi ilə işləyir. Bu şəkildə cihaz çox sürətli qızdırılır. İnkişaf etmiş istilik texnologiyası ilə gloTM balanslı, lakin qaneedici tütün təəssüratları təqdim edir. Nəzərinizə çatdıraq ki, cihazdakı maqnit sahəsi istehlakçılar üçün təhlükəsizdir və yaxınlıqdakı metal əşyalara təsir etmir. Məhsul müxtəlif müstəqil laboratoriyalarda dəfələrlə sınaqdan keçirilmişdir.

Cihaz iki rejimdə işləyə bilər: Standard rejimi və BOOST rejimi. İki rejim arasındakı fərq nədir?

  • BOOST rejimi prosesi sürətləndirir və gloTM PRO cihazlarında 10 saniyəyə və HYPER+ cihazlarında 15 saniyədə istifadəyə hazırdır. Standart rejimdə bu müddət 20 saniyədir.
  • BOOST rejimi Standart rejim ilə müqayisədə daha dolğun neo dadı təmin edir.
  • BOOST rejimində istifadə müddəti 3 dəqiqədir. Standart rejimdə bu müddət 4 dəqiqədir.

Hər iki rejimdə cihazı 3 dəfə ardıcıl istifadə edə bilərsiniz.

BOOST rejimi gloTM-da necə istifadə olunur?

Sürətləndirilmiş rejimi seçməyiniz üçün ətraflı istifadə təlimatı:

Cihazın düyməsini 5 saniyə basıb saxlayın. Cihaz 3 saniyədən sonra birinci və 5 saniyədə sonra ikinci titrəyiş verəcək. İkinci titrəyişdən sonra düyməni buraxın. Cihazdakı işıqlar BOOST rejimini seçdiyinizi göstərmək üçün dönəcəkdir. gloTM Pro cihazında 10 saniyə, gloTM HYPER+ cihazında isə 15 saniyədən sonra cihaz bir daha titrəyiş verəcək: cihazınız BOOST rejimində istifadəyə hazırdır.

Bir daha xatırladaq ki, standart rejimi aktivləşdirmək üçün cihazın düyməsini 3 saniyə basıb saxlayın. Cihaz titrəyiş verdikdən sonra düyməni buraxın. Bütün işıqlar yanana qədər gözləyin, bu proses 20 saniyə çəkəcək. Cihaz istifadəyə hazır olduğunu göstərmək üçün yenidən titrəyəcək. 


Tərz və əhvalnıza uyğun hər iki rejimi seçə bilərsiniz: standart və ya BOOST!