Loader

gloTM Free and Fast Delivery Artıq Bütün Ölkə Ərazisində Pulsuz Çatdırılma

glo™, Tütün Qızdırıcı Cihaz & E-Siqaret Arasındakı Fərq Nədir?

Tütün qızdırıcı cihazlar və elektron siqaretlər adi siqaretlərin tüstüsüz alternatividir. İlk baxışdan bənzərliklər olsa da, mühüm fərqləri var. Elektron siqaretləri və tütün qızdırıcı cihazları sinonim kimi istifadə etmək düzgün deyil. Bu məqalədə əsas fərqin nə olduğu ilə tanış ola bilərsiniz.

E-siqaret necə işləyir?

Öncəliklə qeyd olunmalıdır ki, adi siqaretlərdən fərqli olaraq e-siqaret tüstü yerinə buxar yaradır.

Elektron siqaretin bir neçə vacib komponenti:

• Örtük

• Akkumulyator batareyası

• Buxarlandırıcı qapaq

• Qızdırıcı element

• Müştük

Elektron siqaret şarjla fəaliyyət göstərir. Onun sayəsində e-maye adlanan maddə buxarladıcının içərisində isinir və aerozol yaranır, hansı ki sonra müştükdən çəkilir. Bəzi modellərdə müştük atomizatora yerləşdirilir və boş qapaqla birlikdə dəyişdirilir. Digərlərinin mütəmadi olaraq dəyişdirilməsinə ehtiyac var. Elektron siqaretinin aerozolu tütündən ibarət deyil, amma fərqli dadlardan ibarət ola bilər və buna əsasən tütün dadını əks etdirə bilər. E-maye nikotindən ibarət olmaya bilər, belə məhsul nikotinsiz e-siqaret adlanır.

E-siqaretin və tütün qızdırıcı cihazın əsas fərqi:

Fərq # 1: e-maye vs. tütün çubuqları

Birinci fərq neo™ xüsusi tütün çubuqlarının elektriklə qızdırılmasıdır. Qızdırılma özünəməxsus aerozol yaradır, elektron siqaret isə mayeni buxarlayır.

Fərq # 2: e-siqaretin tərkibində tütün yoxdur

Digər fərq elektron siqaretlərin tütünsüz fəaliyyət göstərməsidir. E-maye ancaq tütünə bənzər notlardan ibarət ola bilər. glo™ tütün qızdırıcı cihaz isə tütün təəssüratını əsl tütün ilə bəxş edir.

Fərq # 3: Tütün qızdırıcı cihaz ancaq nikotin ilə mövcuddur

Elektron siqaretlərin e-mayəsi nikotindən ibarət olmaya bilər. E-maye ancaq tütünə bənzər notlardan ibarət ola bilər və tamamilə nikotinsiz olurlar. glo™ ilə istifadə olunan neo™ tütün çubuqları isə, tam olaraq nikotindən ibarətdir.

Fərq # 4: Tütün Dadı:

neo ™ tütün çubuqlarımız əsl tütündən hazırlanır. Bu əsl bir tütün dadı yaradır.

İndi elektron siqaretlər və tütün qızdırıcı cihazların arasındakı fərqi bildiyiniz üçün, biz sizə hər ikisinin adi siqaretə qarşı uyğun alternativ olması haqqında bənzərlikləri göstərmək istəyirik.

Bənzərlik # 1: Nikotin tərkibi: Hər iki kateqoriyada nikotin tərkibi var.

Bənzərlik # 2: Yanma prosesi yoxdur: Hər ikisi yanmadan fəaliyyət göstərir. Yəni, qızdırılma metodundan istifadə edirlər.

Bənzərlik # 3: Fərqli dadlar: Həm elektron siqaretlər, həm də neo™ tütün çubuqları fərqli dadlarda mövcuddur.

Bənzərlik # 4: Potensial olaraq daha az zərərli *

* Bu xüsusiyyət, bu məhsulun digər tütün məhsullarından mütləq şəkildə daha az zərərli olduğu mənasını daşımır.