ŞƏXSİ MƏLUMATLARIN TOPLANMASI VƏ İŞLƏNİLMƏSİ SİYASƏTİ

Şəxsi məlumatların toplanması və işlənilməsi Siyasəti

Bununla “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən British American Tobacco Exports B.V. (Niderland krallığı qanunları ilə qeydiyyata alınmış, hüquqi ünvanı Handelsweg 53A, 1181 ZA Niderland) (Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu AZ1014, Rəsul Rza küçəsi 75) (bundan sonra – “Şirkət”) saytın müvafiq bölmələrində tərəfimdən könüllü olaraq göstərilmiş fərdi məlumatların Şirkət tərəfindən müəyyən edilmiş müddətdə aşağıdakı məqsədlərin yerinə yetirilməsi üçün toplanması və işlənməsinə  razılıq   verirəm.

1. Sizin tərəfinizdən təqdim olunmuş məlumatlar, habelə audioyazıların aparılması zamanı əldə olunmuş audiofayllar Şirkət tərəfindən aşağıdakı məqsədlər üçün işlənilə (toplama, qeydə alma, sistemləşdirmə, yığma, saxlama, dəyişdirilmə, əlavə olunma, istifadə, üçüncü şəxslərə ötürülmə, o cümlədən transsərhəd ötürülmə, şəxssizləşdirmə, həm avtomatlaşdırma vasitələrindən istifadə edərək, həm də bu cür vasitələrdən istifadə etmədən fərdi məlumatların bloklanması və məhv edilməsi) bilər: 

- Şirkətin fəaliyyətinin keyfiyyət göstəricisinin artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi;

- British American Tobacco şirkətlər qrupunun məhsullarının istehlakçılarının informasiya-məlumat bazasının yaradılması;

- British American Tobacco şirkətlər qrupunun məhsulları və xidmətləri haqqında fərdi təqdimatların da keçirilməsi daxil olmaqla, məlumatların təqdim edilməsi;

- Sorğu və araşdırmaların keçirilməsi;

- Şirkətin fəaliyyəti, proqramları və tədbirləri haqqında məlumatlandırma.

2. Fərdi məlumatların toplanması zamanı Şirkət məlumat bazalarından, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda olanlardan istifadə edərək fərdi məlumatların uçotunu, sistemləşdirilməsini, yığılmasını, saxlanılmasını, dəqiqləşdirilməsini (yenilənməsi, dəyişdirilməsi), çıxarılmasını təmin edir.
3. Şirkətin müştərisi olduqda Sizinlə yuxarıda göstərilən məqsədlər üçün əlaqə saxlanılmasına razılaşırsınız və telefon, poçt, elektron poçt, SMS, sosial şəbəkələr, messencerlər (o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, WhatsApp, Viber, Telegram), mobil tətbiqlər, internet səhifələr və digər informasiya sistemləri vasitəsilə zənglər/müraciətlər qəbul etməyə razılıq verirsiniz.
4. Siz fərdi məlumatlarınızın Azərbaycan Respublikası hüdudlarından kənarda üçüncü şəxslərə ötürülməsi (transsərhəd ötürülmə) və onlar tərəfindən işlənilməsinə razılıq verirsiniz.
5. Şirkət Sizdən alınan fərdi məlumatlarınızın Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun olaraq tam məxfilik və təhlükəsizlik şəraitində işlənilməsini öhdəsinə götürür.
6. İstənilən vaxt bu razılığı ləğv etmək, habelə Şirkətin saytında göstərilmiş fərdi məlumatların Sizi identifikasiya etdiyini qeyd edərək fərdi məlumatlarınızı istədiyiniz vaxt Şirkətin elektron poçtuna info@glo.az  müvafiq sorğu göndərməklə yaxud Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu AZ1014, Rəsul Rza küçəsi. 75 ünvanına yazılı sorğu göndərməklə dəyişdirmək hüququnuz var.
7.  Şirkətin məhsulunu əldə etdikdə Siz təqdim etdiyiniz məlumatların düzgün olduğunu təsdiqləyirsiniz və həqiqiliyinə görə məsuliyyət daşıyırsınız.